Mahir Emrelinin formasını geyindiyi "Nürnberq" Almaniya II Bundesliqasında növbəti oyununu keçirib.
Offsideplus.az xəbər verir ki, "Hannover 96" ilə qarşılaşmada millimizin hücumçusu start "11-lik"də meydana çıxıb və görüşün 75-ci dəqiqəsində əvəzlənib.
Matç Emrelinin komandasının "2-0" hesablı məğlubiyyəti ilə başa çatıb.
Qeyd edək ki, VII turdan sonra 7 xal toplayan "Nürnberq" 14-cü pillədə qərarlaşıb.