"Səbail"dən ayrılan Valdemar Almeyda maraqlı açıqlama ilə diqqət çəkib.

Offsideplus.az xəbər verir ki, Anqolalı yarımmüdafiəçi karyerasını ölkəsində davam etdirmək istəyir. Bu barədə futbolçu “Dos Desportivo” jurnalına açıqlama verib:

“Anqoladan maraqlı təklif gəlsə, qəbul edəcəm. Əvvəllər müəyyən müraciətlər olmuşdu. Lakin onlar özlərinə güvənmirdilər. Milli komanda ilə bağlı ümidlərim var. Bura mənim üçün hələ keçmişdə qalmayıb. Vaxtımın başa çatdığını düşünmürəm. Məşqçinin seçimindən çox şey asılıdır. Zəng gəlsə, həmişə kollektivə qoşulmağa hazıram”.