Sprint üzrə səkkizqat Olimpiya çempionu Useyn Bolt xeyriyyə futbol matçı zamanı zədələnib.

Offsideplus.az xəbər verir ki, oyun Londonda “Stamford Bridge”də baş tutub, Bolt dünya komandasının tərkibində mərkəz müdafiəçisi kimi meydana daxil olub. Yamaykalı İngiltərənin hücumunu dayandırmaq istəyərkən yaralanıb.

Bolt meydançadan xərəkdə aparılıb.