“Qarabağ” klubunun qapıçısı Andrey Lunyov Rusiya yığmasına çağırılıb.
Offsideplus.az xəbər verir ki, baş məşqçi Valeri Karpin noyabrda keçiriləcək təlim-məşq toplanışı üçün 29 nəfərlik heyətə 31 yaşlı qolkiperi də daxil edib.
Noyabrın 13-də başlayacaq təlim-məşq toplanışından sonra yekun heyət açıqlanacaq.
Qeyd edək ki, Rusiya noyabrın 20-də Volqoqradda Kuba millisi ilə yoldaşlıq oyunu keçirəcək.