Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun portuqaliyalı futbolçusu Kristiano Ronaldo Lionel Messinin "Qızıl top" qazanmasından sonra jurnalistin argentinalı ulduza qarşı sərt ifadələrinə reaksiya verib.

Offsideplus.az xəbər verir ki, “AS” qəzetinin əməkdaşıTomas Roncero Messinin 8 "Qızıl top" mükafatına layiq olmadığını bildirib. Jurnalist İnstaqram hesabında yayımladığı videoda bunları deyib:

"Salam, dostlar. Bildiyimiz kimi oldu. Messiyə daha bir "Qızıl top" verəcəkdilər və verdilər. O, Mayamiyə təqaüdə çıxmağa getdi, amma elə bildi artıq təqaüdə çıxıb.Dünya kubokunu qazandı, bəli, amma Argentinanın lehinə 6 penalti verildi. Messinin səkkiz “Qızıl top”u var, amma beş olmalı idi. Andres İniesta və Xaviyə verilməli olan "Qızıl top" mükafatları onlara verilmədi. Bir mövsümdə altı kubok qazanan Robert Levandovski və bombardir Haaland bu mükafata layiq görülmədi”.

Kristiano Ronaldo isə jurnalistin açıqlamlarına gülüş işarəsi qoyub.

 drdr