Futbol üzrə Latviya çempionatında 31-ci turun oyunları keçirilib.

Offsideplus.az xəbər verir ki, azərbaycanlı futbolçu Ramin Nəsirlinin komandası “Dauqavpils” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Metta” ilə qarşılaşıb və 4:2 hesablı qələbəyə sevinib.

Ramin Nəsirli də bu görüşün iştirakçısı olub. Fasilədən dərhal sonra meydana çıxan futbolçumuz 90+6-cı dəqiqədə məhsuldar ötürmə müəllifi də olub.

“Dauqavpils” hazırda 32 xalla 10 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb.

Bildirək ki, müqavilə ilə “Neftçi”yə məxsus olan Ramin “Dauqavpils”də icarə əsasında forma geyinir.