Azərbaycanlı futbolçular Nazim Həsənzadə və Ramin Nəsirli Latviya çempionatında "Dauqavpils" klubunun heyətində debüt ediblər.

Offsideplus.az xəbər verir ki, hər iki futbolçu Latviya çempionatının ilk turunda "Tukums 2000"la (0:1) matçda oynayıblar.

Nəsirli 88 dəqiqə, Həsənzadə isə 82 dəqiqə meydanda olub, bundan sonra əvəzlənib.

Qeyd edək ki, Nazim Həsənzadə “Dauqavpils”ə “Turan-Tovuz”dan, Ramin Nəsirli isə “Neftçi”dən keçmişdi.