"Neftçi"nin rumıniyalı baş məşqçisi Laurentsiu Regekampf yenidən "Styaua" komandasının sükanı arxasına keçməkdə israrlıdır.
Offsideplus.az xəbər verir "Fanatik.ro" portalına istinadən xəbər verir ki, belə bir iddia ilə ruminiyalı jurnalist Horia İvanoviçi çıxış edib.
O, bununla bağlı belə deyib:
"Laurentsiu Regekampf müxtəlif vaxtlarda rəhbərlik etdiyi (2012-2014 və 2015-2017) "Styaua" komandasına qayıtmaq üçün böyük təzyiq göstərir. “Qırmızı-göylər” Regenin sükanı arxasında olduğu müddətdə iki titul - Rumıniya Superkuboku və Liqa Kubokunu qazanıb. Məşqçinin hazırda Azərbaycanın "Neftçi Bakı" klubu ilə müqaviləsi var və müqavilənin müddəti 2024-cü ildə başa çatacaq. Lakin bu mövsüm uğursuz nəticələrə görə Rege Bakını daha tez tərk edə bilər. “Neftçi” Konfrans Liqasının qruplarında vəsiqəni əldən verib, çempionatda isə lider “Qarabağ”dan on xal geri qalaraq 3-cü yerdədir". Horia İvanoviçi 47 yaşlı mütəxəssisin daim klub prezidenti Cici Bekaliyə zəng etdiyini bildirib: "Bizdə olan son məlumata görə, Regekampf "Styaua"ya qayıtmaq üçün çox təzyiq göstərir. O, son bir neçə gündə davamlı olaraq Bekaliyə zəng edir və onu zəngləri ilə dəli edib. Əvvəlcə, bir neçə gün öncə Cici Bekali həqiqətən də Azərbaycanda böyük problemləri olan və mübahisəli olan Laurentsiu Regekampf ilə bağlı çıxan xəbərlərə əvvəllər ciddi yanaşmırdı, indi isə nədənsə işlər dəyişib. O, artıq Regekampf haqqında düşünməyə başlayıb".