2023-cü ildə keçiriləcək Asiya Kubokuna Qətər ev sahibliyi edəcək.

Offsideplus.az Asiya Futbol Konfederasiyasının (AFC) rəsmi saytına istinadən xəbər verir ki, yarış iyun və iyul aylarında Qətərdə baş tutacaq. İndoneziya və Cənubi Koreya da turnir üçün AFC-yə müraciət etsə də, müsbət cavab almayıb.

Qeyd edək ki, Qətər bu il noyabrın 20-dən dekabrın 18-dək dünya çempionatına da ev sahibliyi edəcək.