"Olimpiakos"un ulduz  futbolçusu Marselo Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda "Qarabağ"la oyun öncəsi sosial şəbəkə hesabında paylaşım edib.

Offsideplus.az xəbər verir ki, braziliyalı müdafiəçi belə yazıb: "Özümü yaxşı və xoşbəxt hiss edirəm. Avropa Liqasında növbəti oyunumuzu düşünürəm. Vəziyyətdən asılı olmayaraq xoşbəxt olmaq lazımdır".

Xatırladaq ki, Marselonun "Olimpiakos"da debüt matçı Avroliqanın qrup mərhələsinin 3-cü turunda "Qarabağ"la keçirilən oyunda (0:3) reallaşıb.  

Qeyd edək ki, "Qarabağ" - "Olimpiakos" görüşü oktyabrın 13-ü keçiriləcək və saat 20:45-də başlayacaq .