"Olimpiakos" klubu futbolçusu Pape Abu Sisseni cəzalandırıb.

Offsideplus.az xəbər verir ki, buna seneqallı müdafiəçinin Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda Yunanıstanda "Qarabağ"a (0:3) qarşı baş tutan oyunda yerli azarkeşləri təhqir etməsi səbəb olub. Bu barədə "dakaractu.com" saytı məlumat yayıb. Buna görə də Pirey təmsilçisinin baş məşqçisi Xose Miçel onu qeyri-müəyyən müddətə əsas komandadan üzaqlaşdırıb.

Sisse etdiyi hərəkətlə bağlı şəxsi "İnstaqram" səhifəsi vasitəsi ilə üzr istəsə də, ispan çalışdırıcı verdiyi qərardan geri dönməyib.

Qeyd edək ki, "Qarabağ" və "Olimpiakos" arasında növbəti matç oktyabrın 13-də Bakıda keçiriləcək. Oyun saat 20:45-də start götürəcək.