Futbol üzrə İran çempionatında 29-cu turun görüşləri oynanılıb.

Offsideplus.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor” da növbəti matçına çıxıb. 

Təbrizlilər “Fajr Sepasi” ilə qarşılaşıb və 2:1 hesablı çətin qələbə qazanıb. 

Qeyd edək ki, 29 tura 28 xal toplaya bilən “Traktor” turnir cədvəlində 16 iştirakçı arasında 13-cü yerdədir.