Çexiya 2-ci divizionunda 28-ci turun oyunları keçirilib.

Offsideplus.az xəbər verir ki, həmyerlimiz Fərid Nəbiyevin formasını geyindiyi “Viktoriya” (Jijkov) da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Prosteyov”la qarşılaşıb və bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.

Fərid Nəbiyev bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

Bildirək ki, “Viktoriya” 28 turdan sonra 12 xalla 16 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.