"Qarabağ"ın futbolçusu Mahir Emreli Polşa klubu "Visla"nın hədəfindədir.
Offsideplus.az "Meczyki" nəşrinə istinadən xəbər verir ki, 24 yaşlı hücumçu ilə Krakov təmsilçisi yaxından maraqlanır. "Visla" Mahiri pulsuz heyətinə qatmaq istəsə də, anlaşmanın baş tutması çətin görünür. Belə ki, Emrelinin Polşa və Avropanın digər klublarının da maraq dairəsində olduğu bildirilir.
Qeyd edək ki, 2015-ci ildən "Qarabağ"da çıxış edən Mahir, hazırda Premyer Liqada 16 qolla bombardirlik yarışında ikincidir.