"Traktor" klubu Asiya Çempionlar Liqasında növbəti oyununu keçirib.

Offsideplus.az xəbər verir ki, Təbriz təmsilçisi B qrupunun 4-cü turunda evdə İraqın "Əl-Kuva" klubu ilə qarşılaşıb. Qarşılaşma "Traktor"un 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu nəticədən sonra "Traktor" 6 xalla turnir cədvəlində 2-ci pillədə qərarlaşıb. Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Şərcə" klubu isə 8 xalla liderdir.