Futbol üzrə Libertadores kubokunda ikinci finalçı da müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, yarımfinalın ikinci matçında Argentinanın “Boka Xuniors” klubu ilə Braziliya “Santos”u qarşılaşıb. 
İlk oyunda qapılara qol vurulmamışdı. İkinci oyunda isə rəqibini 3:0 hesabı ilə məğlub edən “Santos” finala vəsiqə qazanıb.
“Santos” finalda Braziliyanın digər klubu “Palmeyras”la qarşılaşacaq. Oyun yanvarın 30-da keçiriləcək.