COVİD-19 pandemiyasına görə dayandırılan Misir çempionatı yenidən təxirə salınıb.
Offsideplus.az xəbər verir ki, Misir Futbol Federasiyası koronavirusa görə futbol yarışlarını daha 15 gün ertələyib.
Daha əvvəl aprelin sonuna kimi təxirə salınan futbol fəaliyyətlərinin mayın 15-nə qədər dayandırıldığı bildirilib.
Qeyd edək ki, Misirdə yerli çempionatlar martın 15-dən dayandırılıb.