Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan APOEL Kipr çempionatında növbəti oyununu keçirib.
Offsideplus.az xəbər verir ki, Nikosiya təmsilçisi öz meydanında “Pafos” klubunu qəbul edib.
Görüş APOEL-in 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Bu qələbədən sonra xal sayını 17-ə çatdıran APOEL turnir cədvəlində 3-cü pillədə qərarlaşıb.