Çinin “Tyantzin Tyuantizyan” klubu “Barselona”nın futbolçusu Andreas İnyestanı hədəfə alıb.
Offsideplus.az xəbər verir ki, Çin klubu təcrübəli yarımmüdafiəçiyə illik 35 milyon avro məvacib verməyə hazırdılar.
İnyesta ötən ilin oktyabr ayında “Barselona” ilə ömürlük müqavilə bağlayıb. Ancaq müqavilədə onun başqa kluba getməsinə icazə verən bənd də var. İspaniya mətbuatı iddia edir ki, 33 yaşlı oyunçu bu təklifə isti yanaşır.
“Tyantzin Tyuantizyan”ın baş məşqçisi “Real Madrid” və “Yuventus”un sabiq futbolçusu Fabio Kannavarodur.
Xatırladaq ki, bu il Xavyer Maskerano “Barselona”dan ayrılaraq Çinin “Hebey Fortun” klubuna keçib.
Mənbə: Futbol11.az