"Ayntraxt" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Offsideplus.az xəbər verir ki, Frankfurt təmsilçisi 22 yaşlı hücumçu Yunus Ebnutalibi transfer edib.
Onunla uzunmüddətli müqavilə imzalanıb.
Y. Ebnutalib Bundesliqa 2-nin hazırda bombardiridir. O, "Elversberq" forması ilə 17 oyunda 12 qol vurmağı bacarıb.
Qeyd edək ki, “Qarabağ” – “Ayntraxt” oyunu yanvarın 21-də Bakıda keçiriləcək



