Bilbao "Atletik"i Çempionlar Liqasındakı "Qarabağ"la matça görə cərimələnib.
Offsideplus.az xəbər verir ki, buna səbəb klubun azarkeşləri olub.
Bask təmsilçisi UEFA-ya 10 min avro ödəməli olacaq.
Xatırladaq ki, sözügedən matç zamanı "Atletik" komandasının fanatları vaxtilə erməni separatçılarının Qarabağda yaratdıqları qondarma rejimin bayrağını qaldırmışdı.
Ağdam klubunun rəsmiləri bu barədə dərhal UEFA nümayəndələrinə məlumat vermişdi.



