“Arsenal” UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində PSJ-yə iki oyunun nəticəsinə əsasən 3:1 hesabı ilə uduzaraq (0:1 və 2:1), klub tarixində kubok turnirlərində yarımfinal mərhələsində ən uzun məğlubiyyət seriyasını rəsmiləşdirib.

Offsideplus.az xəbər verir ki, bu barədə statistik məlumatları Opta Sport portalı yayıb. Bundan əvvəl London təmsilçisi 2021/2022 və 2024/2025 mövsümlərində İngiltərə Kubokunun yarımfinalında məğlub olub. Eyni zamanda “Arsenal” 2020/2021 mövsümündə Avropa Liqasının finalına da vəsiqə qazana bilməyib.

Qeyd edək ki, İngiltərə Premyer Liqasında 35 turun yekununda “Arsenal” turnir cədvəlində ikinci yerdə qərarlaşıb.

Çempionlar Liqasının finalı 31 may tarixində Almaniyada keçiriləcək. Qarşılaşma PSJ və İnter arasında olacaq, oyunun start fiti 22:00-da (Bakı vaxtı ilə 23:00) səslənəcək.