"Arsenal" ilə matçda yeganə qolu vuran PSJ-nin futbolçusu Usman Dembele görüşün 67-ci dəqiqəsində zədəsini görə meydanı erkən tərk etməli olmuşdu.
Offsideplus.az xəbər verir ki, 27 yaşlı vingerin zədəsinin ciddi olub-olmadığı bugünkü testlərdən sonra müəyyənləşəcək.
Dembelenin zədəsi ilə bağlı Paris klubunun baş məşqçisi Luis Enrike bunları deyib:
"Ciddi bir şey yoxdur, amma cavab matçında oynamağı ilə bağlı şübhələr var”.
İspaniyalı mütəxəssis Dembele olmasa belə, komandasına güvənir:
"Biz əsl komandayıq. O, oynaya bilsə, bu yaxşıdır. Əgər oynamasa, biz yenə meydanda bir komanda görəcəyik".
Əlavə edək ki, PSJ və Arsenal arasındakı cavab qarşılaşması bir həftə sonra Parisdə keçiriləcək.