Almaniyanın "Leyptsiq" klubu UEFA Çempionlar Liqasının tarixində "pley-off" mərhələsinə vəsiqə qazanıb. 

Offsideplus.az xəbər verir ki, klubun baş məşqçisi Yulian Nagelsman bu uğuru qazanan ən gənc baş məşqçi olub - 32 yaş 4 ay 4 gün.

Nagelsmanın rəhbərlik etdiyi komanda 5 turdan sonra G qrupunda birinci pillədə qərarlaşıb. Komanda ötən gecə Portuqaliya "Benfika"sı ilə ev oyununda 90-cı dəqiqəqəyə qədər 0:2 hesabı ilə geridə olsa da, hesabı bərabərləşdirə bilib - 2:2.

Xatırladaq ki, Yulian Nagelsman "Leyptsiq"i yaydan çalışdırır.