"Qarabağ" Çempionlar Liqasından 65 milyon manat gəlir əldə edib.
Offsideplus.az xəbər verir ki, bunu öz "X" hesabında gənclər və idman naziri Fərid Qayıbov yazıb.
O, eyni zamanda qeyd edib ki, UEFA-nın həmrəylik mexanizmi prinsipi əsasında Misli Premyer Liqasının digər klubları da 1.6 milyon manat vəsait qazanıb.


