"Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”a qarşı keçirəcəyi matçda rəqib azarkeşlər üçün stadionda ayrılan yerlərin sayı məlum olub.
Bu barədə Offsideplus.az saytına açıqlamasında “Qarabağ”ın Kommunikasiya departamentinin rəhbəri Anar Hacıyev məlumat verib.
O bildirib ki, bu gün baş tutacaq matçda rəqib komandanın azarkeşləri üçün 1998 bilet ayrılıb, 1815 azarkeş isə artıq Bakıdadır.
Qeyd edək ki, oyun Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.



