"Qarabağ" Çempionlar Liqasında bu həftə növbəti sınağına çıxacaq.
Offsideplus.az xəbər verir ki, rəqib İngiltərənin "Nyukasl" klubudur.
Bakıda keçiriləcək görüş fevralın 18-də, saat 21:45-də başlayacaq.
Bu oyunu "CBC Sport" vasitəsilə canlı izləyə biləcəksiniz. Qarşılaşmanın şərhçisi Şəmsəddin Abbasov olacaq.
Cavab matçı isə "İctimai TV"də yayımlanacaq və Tural Dadaşovun təqdimatında yayımlanacaq.
Qeyd edək ki, ikinci oyun fevralın 24-dən 25-nə keçən gecə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.



