“Qarabağ”ın müdafiəçisi Bəhlul Mustafazadə Azərbaycan futbolu tarixində yeni səhifə açıb.
Offsideplus.az xəbər verir ki, 28 yaşlı futbolçu UEFA Çempionlar Liqasında qol vuran ilk azərbaycanlı oyunçu olub.
Mustafazadənin vurduğu qol qarşılaşmanın 90+4-cü dəqiqəsində qeydə alınıb və “Qarabağ”a qələbə qazandırıb. Bu qol həm oyunun, həm də futbolçunun karyerasında unudulmaz an kimi yadda qalıb.


