UEFA Çempionlar Liqasında "Qarabağ"ın rəqiblərindən olan "Ayntraxt" daha bir hücumçu transferi gerçəkləşdirib.
Offsideplus.az xəbər verir ki, klub "Hoffenhaym-2"dən Ayub Amamuni-Eçquyabı transfer edib. Frankfurt təmsilçisi 21 yaşlı ispan futbolçu ilə 5 illik müqavilə bağlayıb.
Xatırladaq ki, "Anytraxt" daha öncə “Elversberq”dən Yunus Ebnutalibi də heyətinə cəlb etmişdi.
Qeyd edək ki, “Qarabağ” yanvarın 21-i saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda "Ayntraxt" ilə üz-üzə gələcək.



