“Bayern Münhen”in hücumçusu Harri Keyn Almaniya Bundesliqasında azarkeş atmosferindən böyük zövq aldığını bildirib.
Offsideplus.az xəbər verir ki, ulduz futbolçu deyib ki, xüsusən də alman azarkeşlərin hər oyunda yaratdığı səs-küy və ehtiras onu çox təsirləndirib.
Keyn qeyd edib ki, istər səfər, istərsə də ev oyunlarında tribunalardakı coşqu heç vaxt azalmır:
“Ən çox alman azarkeşlərin hər stadionda nə qədər səs-küylü və emosional olması məni təəccübləndirdi. Hər dəqiqəsindən zövq alıram, çünki burada atmosfer olmayan oyun olmur.”
İngiltərə yığmasının kapitanı əlavə edib ki, Bundesliqada oynamaq ona fərqli bir liqanı yaxından tanımaq imkanı verib:
“Hər oyun möhtəşəm atmosferdə keçir. Bu həm də mənə göstərdi ki, İngiltərə Premyer Liqası tək deyil. İnsanların düşündüyünün əksinə, başqa güclü liqalar da var və mən bundan çox zövq alıram.”
Harri Keyn bu mövsüm “Bayern Münhen”in heyətində yüksək məhsuldarlığı ilə diqqət mərkəzindədir.



