"Bayer" klubu ötən gün baş məşqçisi Erik ten Haqla yollarını ayırıb.

Offsideplus.az xəbər verir ki, niderlandlı mütəxəssis vaxtından əvvəl qovulduğuna görə 6 milyon avro təzmibat əldə edəcək.

Bu barədə "BILD" nəşri məlumat yayıb.

Ten Haq cəmi 3 rəsmi matçdan sonra işindən olub. O, Bundesliqa tarixində komandanı mövsümün əvvəlində qəbul edib, ilk 2 turdan sonra qovulan ilk baş məşqçi olub.