"Bayer Leverkusen"in idman direktoru Simon Rolfs klubun gənc yarımmüdafiəçisi Florian Virtzin transferi ilə bağlı maraqlı detallar bölüşüb.
Offsideplus.az xəbər verir ki, direktor bildirib ki, əvvəlcə "Mançester Siti"nin Virtzlə maraqlandığını eşitdikdə, gənc futbolçunun yaxşı mövsüm keçirdiyini nəzərə alaraq 40–45 milyon avro gəlir gözləyiblər.
Lakin cəmi iki gün sonra klub "Liverpul"dan rəsmi faks alıb: 105 milyon avro + bonuslar təklif olunub. Otaqdakı hər kəs bu xəbərə gülüb.
Direktorun sözlərinə görə, o, assistentinə cavab faks göndərərək 117,5 milyon avro + bonuslar tələb etmələrini tapşırıb. Ertəsi gün isə bu məbləğin tam miqdarı olan yeni təklif gəlib.
Florian əlavə edib ki, bu məbləğ onu çox sevindirib və o, şampan açdıraraq “lotereya udmuş kimi” hiss edib.



