"Bayer 04" klubu yeni transferini açıqlayıb.
Offsideplus.az xəbər verir ki, Leverkuzen təmsilçisi Lukas Vaskesi heyətinə cəlb edib. İspan futbolçu ilə 2027-ci ilin yayınadək müqavilə imzalanıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, L.Vaskes bu yay "Real Madrid" klubundan ayrılıb.



