"Real Madrid"dən ayrılan Lukas Vaskes Almaniyanın yolunu tutacaq.
Offsideplus.az xəbər verir ki, təcrübəli futbolçu "Bayer"lə razılığa gəlib. O, Leverkuzen təmsilçisi ilə 2 illik müqavilə imzalayacaq.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Azad agent olan Vaskesə bir çox təklif olsa da, o, sonda "Bayer"i seçib. İspaniyalı futbolçunun bu gün tibbi baxış üçün Leverkuzenə gedəcəyi gözlənilir.
34 yaşlı cinah müdafiəçisi 2015-ci ildən "Real Madrid"də çıxış edirdi. O, "kral klubu" ilə 5 dəfə Çempionlar Liqasının qalibi olub.



