"Borussiya"nın futbolçusu Coub Bellinqemin atası və anasına qadağa gətirilib.
Offsideplus.az xəbər verir ki, buna səbəb "Sankt Pauli" - "Borussiya" oyununda (3:3) oğullarının ilk hissədən sonra əvəzlənməyidir. Ata Bellinqem görüşdən sonra soyunub-geyinmə otağına enmək istəyib. O, bu barədə klubun idman direktoru Sebastyan Kellə emosional bir dialoq yaşayıb.
O, həm oğlunun əvəzlənməyindən, həm də komandanın göstərdiyi performansdan razı qalmayıb.
Dortmund klubu bundan sonra belə şeyə icazə verməyəcək.
Qeyd edək ki, C. Bellinqem bu yay "Borussiya"ya transfer olub. Almaniya klubu onun üçün 30 milyon avro ödəyib. O, "Real Madrid"də çıxış edən Cud Bellinqemin balaca qardaşıdır.



