"Göztepe"nin hücumçusu Romulo karyerasını Almaniyada davam etdirəcək.

Offsideplus.az xəbər verir ki, İzmir təmsilçisi onun keçidi üçün "Leyptsiq"lə razılığa gəlib. Almaniya klubu onun üçün bonuslarla birlikdə 25 milyon avro ödəyəcək.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Romulo 2024-cü ilin yanvarında "Göztepe"yə transfer olub. Türkiyə klubu onun üçün cəmi 2.5 milyon avro ödəmişdi.

22 yaşlı hücumçu Türkiyə karyerası ərzində 46 oyunda 22 qol vurub və 13 məhsuldar ötürmə edib.