Bavariya”nın yeni transferi Sandro Vaqner “Hoffenhaym”la oyundan (5:2) sonra fikirlərini bildirib.

Offsideplus.az xəbər verir ki, Sandro bu qarşılaşmada “Bavariya”nın heyətində ilk qolunu vurub. O, hazırda Almaniyanın ən yaxşı hücumçusu olduğunu iddia edib:

“Hesab edirəm ki, ən yaxşı alman hücumçuyam. Məni maraqlandırmayan statistika barədə isə danışmıram. Mənim üçün əsas odu ki, ən yüksək səviyyədə çıxış edə bilim.

Almaniyanın ən yaxşı klubunda çıxış edirəm və artıq ilk qolumu da vurmuşam. Hansı klubda olmalıydımsa, elə ordayam. “Hoffenhaym”la oyunda mənə qol vurmaq üçün 30 dəqiqə bəs etdi. Təəssüratım möhtəşəmdi”.