"Bayer"in hücumçusu Viktor Bonifase bu yay komandadan ayrıla bilər.
Offsideplus.az xəbər verir ki, nigeriyalı futbolçu bu barədə ciddi şəkildə düşünür. Hər iki tərəfi qane edən təklif olsa, ayrılıq baş tutacaq.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Bonifase bu ilin yanvarında da Səudiyyə Ərəbistan klubları maraqlanırdı. Lakin keçid baş tutmamışdı.
O, başa çatan mövsümdə 27 oyuna çıxıb və 11 qol vurub.
Transfermarkt portalına görə 24 yaşlı futbolçunun dəyəri 40 milyon avrodur.