Niderland milli komandasının üzvü Xavi Simons bu yay "Leyptsiq"dən ayrılacaq.

Offsideplus.az xəbər verir ki, 21 yaşlı futbolçunun qərarı dəqiqdir. O, bu barədə klub rəhbərliyinə məlumat verib.

Simonsun transfer dəyəri 75 milyon avrodur. Premyer Liqa klubları və "Bavariya" onunla yaxından maraqlanır.

Gənc futbolçu cari mövsüm 32 oyunda 10 qol vurub və 8 məhsuldar ötürmə edib.