Niderland yığmasının üzvü Xavi Simons bu yay "Leyptsiq"dən ayrılmağı planlaşdırır.
Offsideplus.az xəbər verir ki, 21 yaşlı futbolçunun növbəti adresinin İngiltərə olacağı gözlənilir. Premyer Liqa klubları onu transfer etmək üçün 75 milyon avrolarından keçməli olacaqlar.
Bu barədə insayder Fabritsio Romano məlumat verib.
Simonsun arzusu bir gün "Barselona"da çıxış etməkdir. Lakin, keçidin bu yay baş tutmaq ehtimalı yoxdur.
"Barselona" yetirməsi olan gənc futbolçu 16 yaşında katalon klubundan ayrılaraq PSJ-yə qoşulub. O, iki mövsümdür "Leyptsiq"in formasını geyinir.



