“Ştutqart”ın gənc yarımmüdafiəçisi Enzo Millotun çıxışı Avropanın aparıcı klublarının diqqətini cəlb edib.
Offsideplus.az xəbər verir ki, 21 yaşlı fransız futbolçu yay transfer pəncərəsində bir neçə nəhəng klubun hədəfindədir.
8 nömrəni transfer etmək istəyən klublar arasında “Real Madrid”, “Arsenal” və “Tottenhem” kimi komandalar yer alır. Klub rəhbərləri istedadlı yarımmüdafiəçini heyətinə qatmaq üçün vəziyyəti yaxından izləyir.
Millot cari mövsümdə Bundesliqada 26 oyuna çıxıb. O, 5 qol vurub və 3 məhsuldar ötürmə edib. Gənc futbolçunun oyun üslubu və texnikası onu perspektivli yarımmüdafiəçilərdən birinə çevirib.
Xatırladaq ki, “Ştutqart” futbolçunu satmaq üçün rəsmi mövqeyini açıqlamasa da, onun transfer qiymətinin 30-40 milyon avro aralığında ola biləcəyi bildirilir. Yayda transfer yarışının qızışacağı gözlənilir.