Alfonso Devis “Bavariya” ilə müqaviləsini 2030-cu ilə qədər uzadıb.

Offsideplus.az xəbər verir ki, Almaniyanın “Bavariya” klubu kanadalı müdafiəçi Alfonso Devis ilə müqavilə müddətini 2030-cu ilin yayına qədər artırıb. Klubun rəsmi saytında yayımlanan məlumata görə, tərəflər yeni müqavilə şərtlərində razılığa gəliblər. Devis 2019-cu ildən “Bavariya”da çıxış edir və bu müddət ərzində komandanın əsas oyunçularından birinə çevrilib.

Qeyd edək ki, "Real Madrid" Deyvis ilə yaxından maraqlanırdı. Hətta, ilkin razılıq əldə olunduğu deyilirdi.