Nuri Şahin komandasını "Barselona"ya qarşı oyuna itki ilə çıxaracaq.
Offsideplus.az xəbər verir ki, "Borrusiya"nın (Dortmund) mərkəz müdafiyəçisi Niklas Süle zədələnərək sıradan çıxıb. Nuri Şahin "Barsa" ilə oyunöncəsi mətbuat konfransında açıqlayıb.
29 yaşlı oyunçu Mönhenqladbax "Borrusiya"sına qarşı oyunda top uğrunda hava mübarizəsindən sonra xəsarət alıb. O, eniş zamanı topuğundan zədələnib. Sülenin sindesmotik bağı yenidən qopub.
Futbolçu bir neçə ay yaşıl meydanlardan uzaq qalacaq.