"Bayern"nin müdafiəçisi Saşa Boe sentyabrın 15-də məşq zamanı sol dizində menisk cırılması səbəbindən bir neçə həftə müddətinə meydana çıxmayacaq.
Offsideplus.az xəbər verir ki, 24 yaşlı futbolçunun artıq əməliyyat olub və əməliyyat uğurla keçib.
Fransalı futbolçu Bundesliqada iki oyun keçirib və bir məhsuldar ötürmə ilə yadda qalıb.