Lotar Matteus maraqlı açıqlama ilə diqqət mərkəzinə düşüb.

Offsideplus.az xəbər verir ki, almaniyalı mütəxəssis Bunesliqada yenə "Bayer-04"ün çempion olacağını bildirib:

"Onlar mövsümə favorit kimi daxil olur. Təkcə məğlubedilməz çempionlar və kubokun qalibi olduqları üçün yox. Onların “Bayern”, “Borussiya” (Dordmund) və digərləri ilə müqayisədə aşkar üstünlükləri var. Xabi Alonso iki ilə yaxındır ki, məşqçilik edir. Leverkuzenlilər Terje, Qarsiya və Belosyanın transferləri ilə komandanı qoruyub saxlamağa və gücləndirməyə nail olublar".