“Maynts” və Yaponiya milli komandasının futbolçusu Kayşu Sano həbs olunub.
Offsideplus.az xəbər verir ki, buna səbəb onun 2 dostu ilə birlikdə 30 yaşlı qadına təcavüz etməsidir.
İddiaçı tərəfin şikayətindən sonra hadisənin iştirakçıları polis nəzarətinə götürülüb.
Xatırladaq ki, Yaponiya millisi ilə 4 oyunda meydana çıxan futbolçunun Almaniya təmsilçisi ilə müqaviləsi 2028-ci ilin yayına qədərdir.