PSJ-nin yarımmüdafiəçisi Xavi Simons karyerasını "Bavariya"da davam etdirə bilər.
Offsideplus.az xarici KİV-ə istinadən xəbər verir ki, Bundesliqa klubu futbolçunun xidmətində maraqlıdır.
Münxen təmsilçisi niderlandlını icarəyə götürmək, daha sonra isə transfer etmək haqda düşünür.
Başa çatan mövsümü "Leypsiq"də keçirən 21 yaşlı oyunçu 43 matçda 10 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb.