"Mançester Yunayted" "Bavariya"nın mərkəz müdafiəçisi Mathis de Liqti transfer etmək istəyir.
Offsideplus.az xarici KİV-ə istinadən xəbər verir ki, futbolçunun özü də bu keçidin əlehinə deyil.
Mənbənin məlumatına görə, "mankunyanlar" niderlandlı futbolçuya 2029-cu il mövsümün sonuna qədər müqavilə təklif etmək niyyətindədir. Onun Münxen təmsilçisi ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir.
24 yaşlı futbolçu geridə qalan mövsümdə 30 oyunda 2 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Məlik Məlikov