"Nürnberq"in baş məşqçisi Miroslav Kloze "Qroyter Fyurt"a səfərdə 4:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında Mahir Emreli və digər futbolçular haqda maraqlı fikirlər səsləndirib.
Offsideplus.az xəbər verir ki, çalışdırıcı bunları söyləyib:
"Onların enerjisi, münasibəti məni heyran etdi. Matç ərzində fantastik çıxış etdilər. Biz də belə oyun istəyirdik. Bu, məni çox sevindirdi. Mahir Emreli zədədən çox əziyyət çəkmişdi. Amma ona vaxt verdik. İlk qol işimizi asanlaşdırdı".
Xatırladaq ki, dünənki matçda Emreli komandasının ilk qolunun müəllifi olub.