Almaniya Bundesliqasının 7-ci turu çərçivəsində "Ştutqart"la ev matçı "Bayern"in forvardı Harri Keyn üçün yadda qalan olub. 

Offsideplus.az "Sky Germany" istinadən xəbər verir ki, ingiltərəli hücumçu bunları söyləyib:

"Qol vurmadığımda haqqımda mübahisəli məsələlər müzakirə edilir. Hücumçuyamsa, gərək hər zərbən qol olsun. Hücumçu olaraq bunlara alışıram. Özümə və komanda yoldaşlarıma uğurlu olacağımızla bağlı inanıram".